Qazaxıstanda növbədənkənar seçki elan olunur

Qasym-Zhomart Toqaev televiziya ilə çıxış edir

Qazaxıstanın aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev iyunun 9-na növbədənkənar prezident seçkisi təyin edib.

O, aprelin 9-da televiziya müraciətində deyib ki, “azad və ədalətli seçkiyə təminat” verir, amma özünün namizədliyini verib-verməyəcəyini açıqlamayıb.

Toqaev martın 20-də aralıq dövr prezidenti kimi fəaliyyətə başlayıb. Bir gün öncə isə Nursultan Nazarbaev prezidentlikdən istefa verib.

Ancaq 78 yaşlı Nazarbaev ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini, eləcə də hakim Nur-Otan partiyasına rəhbərliyi saxlayır.

Toqaev aprelin 9-da parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşüb.

Prezidentin vebsaytında yerləşdirilmiş məlumata görə, Toqaev aprelin 8-də kabinetdəki nazirlər, eləcə də Senat rəhbəri, Nazarbaev-in qızı Darigha Nazarbaeva ilə görüşüb.

55 yaşlı Nazarbaeva Senat rəhbəri vəzifəsində Toqaev-i əvəzləyib.