Şagirdin ölümü ilə bağlı araşdırma bitib

Təhsil Nazirliyi

Təhsil Nazirliyində bu gün, aprelin 10-da Bakı şəhərinin 162 nömrəli tam orta məktəbində şagirdin ölümü ilə bağlı iclas keçirilib.

Bu barədə Təhsil Nazirliyi məlumat verib.

Məlumatına görə, iclasda hadisənin təfərrüatının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxsləri iştirak ediblər.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri təhsil nazirinə təqdim edilib.

Xatırlatma

Aprelin 4-də 162 saylı məktəbin VIII sinfində təhsil alan bir şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb. Məktəbli qız aldığı xəsarətlərdən aprelin 6-da xəstəxanada vəfat edib.

Bu hadisə ilə bağlı aprelin 6-da Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmək həddinə çatdırmaq) maddəsi ilə cinayət işi qaldırıb. Bakı Şəhər Təhsil İdarəsi isə xüsusi xidməti araşdırma aparmaq məqsədilə komissiya yaradıb. Məktəbin direktoru araşdırma başa çatana qədər tutduğu vəzifədən kənarlaşdırılmışdı.