Aborta qadağa konstitusiyaya zidd sayıldı

Seulda etirazçı

Cənubi Koreyanın konstitusiya məhkəməsi abortu qadağan edən qanunu konstitusiyaya zidd hesab edib. Bu ölkədə on illər boyunca abort yasaqlanıb və buna görə də sözügedən qərar xeyli əhəmiyyətli sayılır.

Məhkəmə aprelin 11-də yaydığı bəyanatında bildirir ki, həm aborta qadağa, həm də qadınların razılığı ilə abort əməliyyatı aparan həkimlərin cinayət məsuliyyətinə cəlbi konstitusiyaya ziddir.

Məhkəmə mövcud qanunun 2020-ci ilin sonunadək qüvvədə qalacağını bildirib.

1953-cü ildən Cənubi Koreyada abortlar qanunsuz sayılır. Bircə qadının zorlandığı hallar istisna təşkil edir.

Ancaq bu qadağanın pozulmasına görə nadir hallarda kimsə təqsirli bilinib.