24 dərəcə isti ola bilər

Günəş

Aprelin 12-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-12, gündüz 14-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda lokal yağıntı yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 9-14, gündüz 19-24, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə isti təxmin edilir.