Kocharian həbsdə qaldı

Robert Kocharian

Ermənistanda məhkəmə aprelin 11-də keçmiş prezident Robert Kocharian-ın həbs qətimkan tədbirindən verdiyi şikayəti rədd edib.

Ötən ay məhkəmə Xüsusi İstintaq Xidmətinin xahişilə Kocharian barədə həbs qətimkan tədbirinin müddətini uzadıb.

Kocharian dekabrda həbs olunub. Həbsindən dörd ay öncə ona 2008-ci ildə, onillik prezidentliyinin son həftələri ərzində ölkənin konstitusion quruluşunu dəyişmək ittihamı irəli sürülüb.

Keçmiş prezident ittihamları siyasi motivli sayır. Vəkilləri cinayət işini əsassız, siyasi motivli hesab edirlər.

Kocharian-a daha bir ittiham təhlükəsizlik qüvvələrinə müxalifət fəallarına qarşı gücdən istifadə göstərişi verməsidir. Fəallar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisində saxtakarlığın baş verdiyini deyirdilər.

Martın 1-də başlamış etirazların yatırdılması zamanı 8 etirazçı, iki polis əməkdaşı öldürülüb. Bundan öncə Kocharian üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.

64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Pashinian-ın ona qarşı siyasi “intiqamı”dır.

Pashinian 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Kocharian-a qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.