Liviyanın paytaxtı Tripoliyə nəzarət uğrunda döyüşlər davam edir. Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökuməti keçmiş ordu komandirinin qüvvələri ilə mübarizə aparır.
BMT-nin baş katibi isə ölkənin “çox təhlükəli durum”da olması barədə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatı aprelin 11-də bildirib ki, altı gündür gedən döyüşlərdə azı 56 nəfər həlak olub, 266 nəfər yaralanıb, minlərlə adam evindən qaçmalı olub.
BMT-nin Baş katibi Antonio Guterres döyüşləri dayandırmağa çağırıb.
“Atəşkəs əldə etməyin, döyüşləri dayandırmağın, Tripoli uğrunda ən pis, dramatic, qanlı döyüşü önləməyin vaxtıdır”, – o deyib.
“Reuters”in əməkdaşı aprelin 11-də paytaxt yaxınlığında ara-sıra atəş və partlayış səsləri eşidildiyini xəbər verir.
Döyüşlər Khalifa Haftar-ın Liviya Milli Ordusuyla Baş nazir Fayez al-Serraj hökuməti qüvvələri arasında gedir.
Haftar paytaxt üzərinə əməliyyatları dayandırmaqla bağlı beynəlxalq çağırışları rədd edib.
Onu Rusiya, Misir və BƏƏ dəstəkləyir.