Pakistanda bazarda partlayışda azı 16 nəfər öldürülüb

Arxiv fotosu

Pakistanın cənubqərbində yerləşən Kvetta şəhərində bomba partladılıb, azı 16 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə aprelin 12-də baş verib.

Polis rəisi Abdur Razzaq Cheema AzadlıqRadiosuna bildirib ki, partlayıcılar göyərti bazarında bir maşına yerləşdirilib.

Ölənlərin ikisi uşaqdır.

Cheema-nın sözlərinə görə, hücum şiə etnik Hazar icmasının üzvlərini hədəfə alıb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq əvvəllər oxşar hücumlara görə sünni ekstremist qrupları məsuliyyət götürüb.

Baluçistan vilayətinin baş naziri Jam Kamal Khan hücumu pisləyib, “bu terrorçuluq aktı arxasında bəşəriyyətin düşməninin dayandığını” deyib.

Kvetta separatçı qrupların bir-birilə çəkişdiyi Baluçistanın paytaxtıdır.