Tacikistan Prezidenti Emomali Rahmon aprelin 16-da Moskvaya ikigünlük rəsmi səfərə gedir. Məlumatı Kreml yayıb.
Onun səfəri rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında reallaşır.
Məlumata görə, danışıqlarda ikitərəfli münasibətlər, siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.
Rahmon və Putin bir sıra sənədlər imzalayacaqlar.
Rusiyanın Düşənbədəki səfiri Igor Lyakin-Frolov deyib ki, səfər zamanı imzalanacaq sənədlər Tacikistandan kənd təsərrüfatı məhsullarının Rusiyaya təchizatını təkmilləşdirməyi mümkün edəcək.
Tacikistanın Xarici İşlər Nazirliyi isə miqrasiya sektorunda əməkdaşlıq üzrə razılaşmaların imzalanacağını bildirib.