RSF araşdırmaçı jurnalistə ‘saxta ittihamları’ pisləyir

Shahzeb Jillani

Sərhədsiz Jurnalistlər (RSF) təşkilatı pakistanlı jurnalistə “uydurma ittihamlar”ı pisləyir.

Urdu dilindəki Dunya News TV üçün çalışan araşdırmaçı jurnalist Shahzeb Jillani “kiber-terrorçuluq” və “Pakistanın hörmətli qurumlarına qarşı böhtan dolu fikirlər”də ittiham olunur.

Jillani aprelin 17-də Karaçi şəhərində məhkəmə qarşısına çıxarılmalıdır.

Parisdə mənzillənən RSF bildirir ki, Jillani-yə cinayət işi Pakistanda jurnalistləri qorxutmaq və susdurmaq üçün hazırlanıb. Qurum məhkəməni ittihamları ləğv etməyə çağırıb.

Jillani daha öncə BBC və Deutsche Welle üçün çalışıb, Pakistanın güclü ordusu və kəşfiyyat xidmətləri haqda tənqidi reportajları ilə tanınır.

Hərbi isteblişmentin tənqidi media üçün qırmızı xətt sayılır. Jurnalistlər, bloqqerlər şikayətlənirlər ki, həmin xətti keçərlərsə, onları oğurlanma, döyülmə, hətta qətl gözləyir.