Azərbaycana gələnlər azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı restoranlarında ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar. 2018

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610.8 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin ( DSK) aprelin 18-də yaydığı məlumatda yazılıb.

Məlumatda vurğulanıb ki, bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2.9 faiz azdir.

Gələnlərin 28 faizi Gürcüstan, 27.4 faizi Rusiya Federasiyası, 11.3 faizi Türkiyə, 9.2 faizi İran, 3.5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.8 faizi Ukrayna, 1.7 faizi Hindistan, 1.4 faizi İraq vətəndaşlarıdır. 0.1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələnlərin sayında daha çox azalma Qətər (48.5 faiz), İran (43.4 faiz), İsrail (41.7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28.1 faiz) və İraq (24.8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Amma Misirdən (2.3 dəfə), Hindistandan (1.8 dəfə), Səudiyyə Ərəbistanından (1.8 dəfə), Türkmənistandan (1.6 dəfə), Pakistandan (1.5 dəfə), Çindən (46.1 faiz) gələnlər artıb.

Gedənlər...

2019-cu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28.9 faiz artım olduğu bildirilir. Bu göstərici 1 milyon 215.7 min nəfərə yüksəlib.

«Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 84.2 faiz, Gürcüstana gedənlərin sayı 12.7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7.4 faiz, Türkiyəyə gedənlərin sayı isə 3 faiz artıb», - DSK bildirir.