Kaliforniyada yüzlərlə adam qızılcaya yoluxa bilər

Qızılca

Birləşmiş Ştatların Los Anceles şəhərində iki universitetdən yüzlərlə əməkdaş və tələbə karantin alına alınıb. Səhiyyə rəsmiləri deyir ki, onlar qızılcaya yoluxa bilərlər, peyvənd olunub-olunmadıqlarını təsdiqləmirlər.

Karantin aprelin 24-25-də Los Ancelesdəki Kaliforniya Universitetində (UCLA) və Kaliforniya Dövlət Universitetində həyata keçirilib.

Qərara görə, həmin şəxslər evdə qalmalı, bir-birilə kontaktdan qaçmalı, qızılcaya tutularlarsa, rəsmi orqanlara xəbər verməlidirlər.

Səhiyyə rəsmiləri karantinin 24-48 saat, immunitet yaranması təsdiqlənənədək çəkəcək. Bəzi adamların karantini bir həftəyədək çəkə bilər.

Qızılca virusunun 2000-ci ildə aradan qaldırıldığı açıqlanıb.

O vaxtdan bəri Birləşmiş Ştatlarda qızılca indiki kimi yayılmayıb. Bu ölkədə bəzi valideynlər peyvəndə qarşı çıxır.

Qızılcanın qarşısını almaq mümkündür. Ancaq yüksək səviyyədə yoluxucudur, uşağı öldürə, yaxud ömürlük əlilə çevirə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 15-də xəbərdarlıq edib ki, 2019-cu ilin ilk üç ayı ərzində dünyada qızılca halları ötən ilin eyni dövrü il müqayisədə dörd dəfəyədək artıb.

BMT-nin bu agentliyi xəstəliyin daha çox peyvənd olunmamış əhali arasında yayıldığını deyirdi.

ÜST qızılcanın hal-hazırda ən çox Ukraynada, Gürcüstanda, Qazaxıstanda və Qırğızıstanda, Afrika və Cənub-şərqi Asiyanın bir sıra ölkələrində yayıldığını bildirir.