Azərbaycanda ilk Amerika filmləri festivalı

Hollivud

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi «Park Cinema» ilə birgə Azərbaycanda ilk Amerika Filmləri Festivalını təşkil edir. Bütün filmlər «Park Cinema Flame Towers»da mayın 1-dən 5-dək nümayiş olunacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

«Bu filmlər insan ruhunun gücünü nümayiş etdirir. İnsanı ilhamlandıran, müxtəlifliyi özündə əks etdirən beş film – «First Man», «Beautiful Boy», «Green Book», «Love Simon» və «Star is Born» İngilis dilində, rusca subtitrlərlə nümayiş olunacaq», - məlumatda qeyd edilir.