Ukraynanın Luqansk vilayətində mədəndə baş verən partlayışda 17 nəfər ölüb.
Bu barədə rusiyapərəst separatçıların liderlərindən biri Leonid Paseçnik özünün Tvitter hesabında məlumat yayıb.
Rusiyanın fövqəladə hallar nazirliyi hadisə yerinə xilasedicilər göndərib.
Artıq bütün cəsədlərin yuxarı qaldırıldığı bildirilir.
Aprelin 25-i səhər saatlarında “Sxidkarbon” mədənində metan partlayıb. 17 nəfər itkin düşmüş hesab olunurdu.
Qeyd edək ki, Ukraynanın Luqansk və Donetsk vilayətləri rusiyapərəst separatçıların nəzarətindədir.