1 may yürüşlərində saxlananlara həbs kəsilir

Sankt Peterburda nümayiş zamanı, 1 may, 2019-cu il

İranda 1 may günü nümayişlərində onlarla əmək fəalı və azı iki jurnalist saxlanıb. Tehrandan gələn məlumatlarda nümayişlərin zorakılıqda dağıdıldığı bildirilir.

Şahidlərin AzadlıqRadiosu-na deməsinə görə, azı 35 nümayişçi, əsasən də Tehran Avtobus Sürücüləri Birliyinin üzvləri parlament binası qarşısında yürüş zamanı saxlanıblar.

Etirazçılardan bəzilərinin yerlə sürüdüldüyü, döyüldüyü xəbər verilir.

Tehranda 1 may nümayişi

Sosial mediada yayılan videolarda nümayişçilərin bahalanmaya, inflyasiyanın artmasına etiraz etdiyi görünür. Etirazçılar həmçinin müstəqil əmək təşkilatlarının yaradılmasına çağırıblar.

Amnesty International hüquq-müdafiə təşkilatı mayın 1-də verdiyi bəyanatda əmək hüquqları fəallarını azadlığa buraxmağa çağırıb. Qurum hazırda İranda onlarla fəalın məhkum olunduğunu bildirib.

Vaşinqton bir il öncə İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Son bir ildə İranda iqtisadi böhran pisləşib.

Sankt Peterburqda nümayiş zamanı

Rusiya və Qazaxıstanda saxlananların cəzası bəllidir

Rusiyada isə Sankt Peterburqda “icazəsiz” 1 may etirazının təşkilinə görə iki müxalifətçiyə 10 günlük həbs cəzası kəsilib. Müxalifət lideri Aleksei Navaıny-nin Sankt Peterburqdakı ofisinin koordinatoru Aleksandr Shurshev və müxalifəti Açıq Rusiya vətəndaş hərəkatının rəhbəri Andrei Pivoarov-a qarşı hökmlər mayın 2-də çıxarılıb.

Açıq Rusiya hərəkatı “Azad Sankt Peterburq azad seçki” deviziylə keçirilən yürüş üçün şəhər hakimiyyətindən icazə aldığını bildirir.

Etirazçılar Prezident Vladimir Putini və Sankt Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beglov-un tənqid olunduğu plakatlar qaldırılan kimi nümayişçiləri həbs etməyə başlayıb. Ümumilikdə 68 nümayişçinin saxlandığı bildirilir.

Rusiyanın digər şəhərlərində 1 may yürüşlərinə çıxanlardan da saxlananlar olub.

Almatıda polis etirazçıları saxlayır

Qazaxıstanda da 1 may nümayişçilərinə cəzalar kəsilməkdədir. Vəkil Bauyrzhan Azanov-un AzadlıqRadiosu-na deməsinə görə, onun iki müştərisi polisin əmrinə tabe olmamaqda təqsirli bilinib və hərəsinə 5 günlük həbs kəsilib. Məhkəmə prosesləri davam edir.

Dünən paytaxt Nur-Sultanda yürüşə çıxan onlarla adam saxlanmışdı.

Qazaxıstanın Daxili İşlər Nazirliyi mayın 1-də Nur-Sultan və Almatıda 80 etirazçının saxlandıını bildirib. Almatıdakı nümayişi işıqlandıran AzadlıqRadiosu əməkdaşları isə təkcə bu şəhərdə 100-dək adamın saxlandığını xəbər verib.

1 may etirazçıları əsasən iyunun 9-na təyin olunmuş növbədənkənar prezident seçkisini tənqid ediblər.