Qəzzədə atəşkəs əldə olunub

Qəzzə zolağı, 4 may, 2019-cu il

İsrail ordusu mayın 6-da cənubdakı sakinlər üçün qoruyucu məhdudiyyətləri qaldırıb. Qəzzə zolağındakı Hamas radiosu isə atəşkəs əldə olunduğunu bildirib.

Tərəflərdən heç biri atəşkəslə bağlı rəsmi bəyanat verməsə də, atışmalar dayanıb.

Hər iki tərəfdə normal iş rejimi bərpa olunub.

***

Bu gün – mayın 6-da səhər Qəzzə zolağında atəşkəs əldə olunub. Xəbəri “Reuters” yayıb.

Üç gün idi regionda zorakılıqlar qızışmışdı. Bazar günü Qəzzədə atılan raketlər İsraildə dörd nəfərin həyatına son qoyub. İsrail zərbələrində isə 19 fələstinli öldürülüb, onların yarıdan çoxu dinc vətəndaşlardır.

Fələstin rəsmiləri atəşkəs əldə olunduğu bildirib və bununla da zorakılıqların daha bir münaqişəyə çevrilməsinin qarşısı alınıb.

İsrail rəsmiləri isə atəşkəs xəbərlərini şərh etməyiblər.

İsrail ordusu cümədən bəri Qəzzədən 600-dən artıq raket atıldığını bildirirdi. Ordu Qəzzədəki silahlı qruplara məxsus 320 hədəfi vurduğunu açıqlayıb.

Atəşkəs əldə etmək üçün Misirlə BMT-nin vasitəçilik etdiyi xəbər verilir.

İsrail ordusunun məlumatına görə, zorakılığı Fələstinin İslam Cihadı yaraqlı qrupu başladıb, İsrail əsgərlərinə atəş açaraq ikisini yaralayıb.