Bağdad bazarında azı 8 nəfər öldürülüb

Jamila bazarında partlayışdan sonra, arxiv fotosu

Bağdadın Sadr Siti adlanan ərazisində bazarda intiharçı hücumunda azı 8 nəfər öldürülüb, 15 nəfər yaralanıb.

Polis rəsmisinin mayın 9-da bildirməsinə görə, “partlayıcı kəmər geyinmiş intiharçı özünü Jamila bazarında köşklərin yanında partladıb”.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması onlayn bəyanat verərək üzərinə götürüb.

Hücum axşam saat 9 radələrində, müsəlmanlar iftar açıb küçələrə çıxdığı zaman törədilib.

Son vaxtlar Bağdadda təhlükəsizlik durumu nisbətən yaxşılaşsa da, ölümcül terror hücumları davam edir.