Qəbir yerləri pulsuz ola bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Başdaşını başucalığı sayanlar üçün qadağa

Nazirlər Kabineti qəbiristanlıqların salınması qaydalarını tənzimləyən normativ aktı təsdiqləyib.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün, mayın 10-da jurnalistlərə bildirib.

Xəbərdə qeyd edilir ki, sənədə görə, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Yeniliklərdən biri də dəfndən ötrü yerlərin pulsuz ayrılması məsələsidir. Bu sahədə fəaliyyətin tənzimlənməsi nəzərdə tutulur.

Sənədə əsasən, məzarlar və məzarüstü abidələrin ölçüsü arasında konkret məsafə də müəyyən edilməlidir. Nazirlər Kabinetinin qərarının icrasına qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesi tam bitdikdən sonra başlanması gözlənir.

Azərbaycanda qəbiristanlıqlara nəzarətlə bağlı bu vaxta qədər qanunvericilikdə boşluqlar olduğu bildirilirdi.

Xatırlatma

Azərbaycanda qəbiristanlıqlarda yerin qanunsuz olaraq satılması ilə bağlı tez-tez şikayətlər eşidilir. Narazılıq xüsusilə daha çox Bakıda müşahidə edilir. Paytaxt Bakının mərkəzinə yaxın qəbiristanlıqlarda hətta bir yerin 1000 manatdan baha satıldığı söylənir.

Rəsmi şəxslər isə belə halların yaxın vaxtlarda aradan qaldırılacağını bildirmişdilər.