Mayın 14-də səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysana keçəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təxmin edilir.