Kilsə tikintisinə etiraz edənlər polislə toqquşub

Arxiv fotosu

Rusiyanın Ural regionundakı Yekaterinburq şəhərində pravoslav kilsəsinin tikilməsinə etiraz edənlər polislə toqquşub.

Mayın 13-də nümayişçilər tikinti ərazisini qorumaqdan ötrü qurulmuş sədləri dağıdıblar.

Həb olunanlar, yaxud xəsarət alanlar barədə məlumat yoxdur.

Etirazçıların əraziyə nəzarət məqsədilə azı bir çadır qurduğu bildirilir.

2010-cu ildə start verilmiş bu layihə ziddiyyət yaradıb. Etirazçıların fikrincə, kilsə tikintisi şəhərdə istirahət məkanının, yaşıllığın azalmasıyla nəticələnəcək.