ABŞ Prezidenti Donald Trump NASA-nın 2024-cü ilədək amerikalıları Ayın səthinə qaytarmasından ötrü əlavə 1,6 milyard dollar istəyir.
Trump bu haqda mayın 13-də Twitter-də yazıb.
“Mənim administrasiyam dövründə NASA-nı böyüklüyünə qaytarırıq, Aya qayıdırıq, daha sonra Marsa gedəcəyik”, – Trump tvitində yazıb.
Təxminən iki ay öncə vitse-prezident Mike Pence 1972-ci ildən bəri ilk dəfə olaraq astronavtların Aya qayıtmasından ötrü NASA-nın öncəki qrafiki dörd il qısaldıb.
NASA bunu 2028-ci ilədək planlaşdırırdı, 2024-cü ilədək Ayın orbitinə “Gateway” stansiyasını buraxmaq niyyətində idi.