Albaniyada antihökumət etirazları davam edir

Tirana, 11 may, 2019-cu il

Albaniyanın paytaxtı Tiranada antihökumət etirazçıları polisə Molotov kokteylləri və məşəl atıblar.

Mayın 13-də yağışlı havada çətirlə etiraza çıxan minlərlə nümayişçiyə polis əməkdaşları əvvəlcə reaksiya verməyib.

“Bu, qanunsuz hökumətə qarşı yürüşdür”, –müxalifətin sağ-mərkəzçi Demokratik Partiyasının lideri Lulzim Basha deyib.

İğtişaş zamanı bir polis əməkdaşının xəsarət aldığı bildirilir.

Fevralın ortasından etirazlar keçirən müxalifət hökumət rəsmilərini korrupsiyada, iki il öncə parlament seçkilərində səsləri oğurlamaqda ittiham edir. Onlar keçid hökuməti, erkən seçki tələb edirlər.

Birləşmiş Ştatlar və Aİ deputatları həftəsonu etirazlarındakı zorakılıqdan sonra sakitliyə çağırmışdı.

Tiranadakı ABŞ səfirliyi bəyanatında müxalifət liderlərini zorakılığı pisləməyə səsləyib.

Aİ iyunda Albaniya ilə tam üzvlük danışıqlarının başlanması ilə bağlı qərarını açıqlamalıdır.