Təhlükəsizlik komitəsinin rəhbəri istefa verib

Idris Kadyrkulov

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (UKMK) sədri Idris Kadyrkulov korrupsiya iddialarından dolayı istefa verib.

Prezidentin mətbuat xidmətinin mayın 15-də bildirməsinə görə, Prezident Sooronbai Jeenbekov onun istefasını qəbul edib.

Kadyrkulov daha öncə bəyanatında bildirmişdi ki, yayılmış şayiələrə son qoymaqdan ötrü istefaya getmək qərarına gəlib. İddialara görə, o, Qırğızıstanın Dövlət Qeydiyyat Xidmətinin (MKK) xarici ölkədən “boş biometrin pasportların almasıyla bağlı təhqiqatın nəticəsində maraqlıdır”.

MKK Fevralın əvvəlində elan etmişdi ki, Garsu Pasaulis adlı Litva şirkəti biometrik pasportların çapı üzrə tenderi udub.

Apreldə tenderin nəticələri ləğv olunub, proses zamanı iddia olunan qanunsuzluqlarla bağlı təhqiqat başlandı.

İstintaq başlanandan sonra MKM sədri Alina Shaikova işdən çıxarıldı, iki müavini həbs olundu.

Bu həftə isə Kadyrkulov-un istintaqla bağlı obyektivliyi ətrafında suallar yaranmağa başladı. Shaikova bu həftə deyib ki, dekabrda Kadyrkulov onun dövlət sənədlərini çap edən bir Avropa şirkətinin təmsilçiləri ilə görüşünü təşkil edib.

UKMK Kadyrkulov-un dekabrda belə bir görüşü təşkil etdiyini təsdiqlədi, ancaq onun sözügedən təhqiqatlar bağlı olmadığını bildirdi.