Dağlıq rayonlara dolu düşə bilər

Yağış

Yağış

Mayın 17-də Bakı və Abşeron yarımadasında yağıntı gözlənmir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da mayın 17-də bir elə yağıntı gözlənmir. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təxmin edilir.