İcra başçılarının yerlәri dәyişdirildi

İ.Əliyev

Mayın 17-də prezident İlham Əliyev Saatlı və Sabirabad rayon icra hakimiyyəti başçılarını vәzifәlәrindәn azad edib.

Prezidentin verdiyi sәrәncamlara әsasәn, Siraqəddin Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Nazim İsmayılov isә Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Amma prezident İ.Əliyevin başqa bir sərəncamı ilə S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.İsmayılov isә S.Cabbarovun yerinə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə göndərilib.

S.Cabbarov Saatlı icra başçısı vәzifәsinә 2008-ci ildә, N.İsmayılov isә Sabirabad rayonunda analoji vәzifәyə 2011-ci ildә tәyin edilmişdilər.

Xatırlatma

Prezident İ.Əliyev bundan əvvəl də belə sərəncamlar verib. O, bir ay öncə, aprelin 5-də də Goranboy və Ağstafa rayonlarının icra başçılarının bir-birləri ilə yerini dəyişmişdi.

Ekspertlər deyirlər ki, bu da ayrı-ayrı şəxslərə uzun müddət icra başçısı vəzifələrini tutmağa imkan verir.