Daha bir “Superjet” təyyarəsi problemə görə uçuşu dayandırmalı oldu

Superjet 100 təyyarəsi, İtaliya

Rusiyanın “Aeroflot” şirkətinə məxsus daha bir “Sukhoi Superjet 100” təyyarəsi uçuşu dayandırmalı olub.

AzadlıqRadiosu Rusiya xidmətinin mayın 19-da RİA Novosti-yə istinadla verdiyi məlumata görə buna səbəb, hidrosistemin sıradan çıxması olub.

Təyyarə Ulyanovskdan Moskvaya uçurmuş.

Hava şirkətindən agentliyə verilən məlumata görə, insident, təyyarə saatda 55 km sürətlə hərəkət edərkən baş verib.

Son vaxtlar Rusiya istehsalı olan “Superjet” təyyarələrinin üzləşdiyi problemlər ictimaiyyətin geniş müzakirəsinə səbəb olub.

Mayın 19-da sosial şəbəkələrdə, bu yaxınlarda "Sheremetevo" hava limanında baş verən qəzanın yenidən görüntüləri peyda olub. Xatırladaq ki, həmin qəza nəticəsində 41 nəfər öldü.

Buna da bax: Sukhoi Superjet təyyarələri ilə onadək reys ləğv olunub

“Aeroflot” şirkəti bundan sonta "Superjet” təyyarələrinin uçuşunu məhdudlaşdırmışdı.