Ankara Rusiya ilə birgə S-500 raketləri istehsal etmək istəyir

Recep Tayyip Erdoganın NATO toplantısında çıxışı Ankara, 6 may, 2019

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, Ankara Rusiya ilə birlikdə S-500 hava hücumlarından müdafiə sistemi üzərinə işləməyi planlaşdırır.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

O, həmçinin qeyd edib ki, Rusiyadan S-400 raketlərinin alınmasına vaxtında başlanacaq.

Amma Erdogan qeyd edib ki,Türkiyə bununla yanaşı ABŞ-dan F-35 qırıcı təyyarələrinin alınmasını da davam etdirəcək.

Moskva ilə Ankara S-400 raketləri ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıblar.

Müqavilənin dəyəri 2 milyard yarım dollardır.

Raketlərin göndərilməsinə 2020-ci ilin baharından başlanmalıdır.

Amma ilkin razılaşmaya əsasən ilk komplekslərin göndərilməsinə artıq bu ilin iyulundan başlanmalı idi.

Bu sövdələşmə ABŞ-Türkiyə münasibətlərini gərginləşdirib.

Vaşinqton ehtiyat edir ki, S-400 hava hücumlarından müdafiə kompleksləri NATO ordusunda olan F-35 təyyarələri barədə məxfi məlumatlar əldə edə bilər.

ABŞ bundan başqa deyir ki, S-400 komplekslərini NATO ordusuna uyğunlaşdırmaq mümkün deyil.

ABŞ Senatında bildiriblər ki, əgər Türkiyə Rusiyadan S-400 raketləri alsa, ona qarşı sanksiyalar tətbiq edilə bilər.