Bəzi yerlərdə yağış, dolu gözlənir

Yağış

Mayın 23-də axşam Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyinin əsəcəyi, axşam onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təxmin edilir.