Daha bir fəala “arzuolunmaz təşkilat”a üzvlük ittihamı

Yana Antonova

Rusiyanın cənubunda bir fəal deyir ki, ona “arzuolunmaz təşkilat”a üzvlük ittihamı irəli sürülüb.

Yana Antonova Açıq Rusiya təşkilatının keçmiş üzvlərindən biridir, yanvardan bəri onlara qarşı təhqiqat aparılır. Bu vətəndaş hüquqları təşkilatı keçmiş neft maqnatı Mikhail Khodorkovsky-yə bağlıdır.

İlin əvvəlində Antonovanın mənzilində axtarış aparılıb. Ancaq hələlik, İstintaq Komitəsinin vebsaytında ittihamlar barədə rəsmi məlumat yoxdur.

Mayın 21-də yazdığı Facebok postunda Antonova heç bir cinayətə yol vermədiyini deyib. O, “arzuolunmaz” təşkilatlar qanununun Rusiya Konstitusiyasını pozduğunu bildirib, məhkəməsinin tezliklə başlayacağını yazıb.

Sözügedən qanun 2015-ci ilin mayında qəbul olunub. O zaman Kreml xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına qarşı bir sıra məhdudlaşdırıcı qaydalar qəbul edib.

Rusiya Baş Prokurorluğu Açıq Rusiyanı 2017-ci ildə “arzuolunmaz” elan edib. Hakimiyyət qrupu dəstəkləyənlərə “təzyiqi artırıb”, Human Rights Watch təşkilatı martda bu haqda bəyanat yaymışdı.