Əsl gender müxtəlifliyinə malik şirkətlər, özəlliklə də bunu rəhbərlikdə gerçəkləşdirənlər daha yaxşı nəticələr göstərir, gəlirlərində artım baş verir. Beynəlxalq Əmək Təşkilatının İşəgötürənlərin Fəaliyyəti Bürosunun yeni hesabatında belə deyilir.
“Qadınlar biznes və menecmentdə” adlı hesabatda 70 ölkədə 13 min müəssisənin durumu təqdim olunur.
Respondentlərin 57 faizindən çoxu gender müxtəlifliyinin biznesin nəticələrinə yaxşı təsir göstərməsi fikrilə razılaşıblar. Həmin şirkətlərin menecmentdə gender müxtəlifliyinə əməl edən təxminən 75 faizi gəlirlərində 5 faizdən 20 faizədək artımın olduğunu deyiblər. Əksəriyyəti isə 10-15 faizlik artımın baş verdiyini vurğulayıb.
54 faizdən artıq respondent kreativlik, innovasiya və açıqlıq baxımından yaxşılaşma müşahidə etdiyini söyləyib. Təxminən elə bu qədər respondentin fikrincə, səmərəli gender siyasəti şirkətin reputasiyasını gücləndirib.
37 faiz deyib ki, onlar indi müştərinin nə istədiyini daha yaxşı müəyyənləşdirə bilirlər.