NASA bildirir ki, son onillər ərzində Aya ilk yeni missiya 2020-ci ildə gerçəkləşəcək, astronavtlar isə dörd il sonra Aya enəcək.
Birləşmiş Ştatların kosmik agentliyi “Artemis” adlı proqramını mayın 23-də açıqlayıb.
NASA rəhbəri Jim Bridenstine deyib ki, proqramın birinci mərhələsində heyətsiz missiya 2020-ci ildə Aya enəcək. Bu mərhələ Artemis 1 adlanır.
Sonrakı missiyalar 2022-ci ildə gerçəkləşə, astronavtlar isə Ayın səthinə 2024-cü ildə enə bilər. Missiyanı ilk dəfə olaraq qadının da daxil edilməsi planlaşdırılır.
“Artemis” adı yunan mifologiyasından gəlir: o, ov, ay ilahəsi, həm də tanrı Apollo-nun bacısı olub. NASA-nın 1960-70-cillərdə Aya missiyaları Apollo adlanırdı.
NASA-nın rəhbərliyi ilə planlaşdırılan missiyalardan başqa, 2022-2024-cü illərdə Aya tikinti avadanlığı daşıyacaq daha beş göndəriş planlaşdırılır. Ayda “Darvaza” adlı ministansiyanın quraşdırılması gözlənir.
Bu missiyaları NASA-dan kontrakt udmuş özəl şirkətlər həyata keçirəcək.