Donald Trump Yaponiyada rəsmi səfərdədir

ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donlad Trump Yaponiyada rəsmi səfərdədir.

AP və AFP agentliklərinin məlumatına görə, mayın 25-də başlanan səfər 28-dək davam edəcək.

Yaponiyanın baş naziri Shinzo Abe ABŞ prezidentinin şərəfinə banket verəcək və birlikdə “Sumo” yarışına baxacaqlar.

Qeyd edək ki, hazırda iki ölkə arasında ticarət gərginliyi yaşanır.

Amma Donald Trump bu məsələdə güzəştə getmək,

Yaponiya avtomobilləri və avtomobil hissələrinə qarşı tarifləri qaldırmaq fikrində deyil.

“Yaponiyadan aliminium və polad idxalına tariflər qalacaq”, deyə Donlad Trump vurğulayıb.