Oruc tutanların günü Facebook-da keçir?

İllüstrativ foto

Texnologiya müsəlmanların müqəddəs Ramazan ayının da formasını dəyişir. Orucluq ayı dindarların dua edərək Allaha daha da yaxınlaşmasını hədəfləyir. Ancaq rəqəmsal zəmanə öz sözünü deməkdədir.

Yaxın Şərqdə adamlar Ramazan ayında Facebook-a və YouTube videolarına baxmağa 58 milyon saat daha çox zaman ayırırlar. İlin başqa ayları ilə müqayisədə bu ay reklamçılar üçün də “praym taym” sayılır.

“The Associated Press” agentliyi yazır ki, Instagram sahibi Facebook və YouTube sahibi Google-nun biznesi Ramazanda əməlli-başlı çiçəklənir.

Data təhlili adamların Ramazanda gecələr daha çox oyaq qaldığını, iftardan öncə boş vaxtının çox olduğunu göstərir. Və təbii ki, bu müddətdə sosial mediada da daha artıq zaman keçirilir.