Yağmurlu hava gözlənir

Yağış

Mayın 29-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da mayın 29-da fasilələrlə yağış yağacağı gözlənir. Bəzi yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.