İ.Əliyev ABŞ rəsmisi ilə görüşüb

Görüş

Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın yaydığı məlumatda görə, dövlət başçısı Azərbaycanda keçirilən XXVI Beynəlxalq «Xəzər Neft və Qaz-2019» sərgi və konfransının əhəmiyyətinə toxunub. Tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq ABŞ-ın burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd edib.

Söhbət zamanı Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-red.) layihəsinin icrası, energetika, bərpaolunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, mayın 29-da Bakıda XXVI Beynəlxalq «Xəzər Neft və Qaz-2019» sərgi və konfransının açılışı olub.

K.Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyəti də bu tədbirlərə qatılıb.