Nazarbaev daha bir titul aldı

Nursultan Nazarbaev

Qazaxıstanın keçmiş avtoritar prezidenti Nursultan Nazarbaev-ə daha bir titul verilib. O, ölkə parlamentinin yuxarı palatası olan Senatın fəxri üzvü seçilib.

Senat bu qərarı mayın 30-da çıxarıb. Bir gün öncə Avrasiya İqtisadi Birliyinin üzvləri – Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan Nazarbaev-i qurumun iqtisadiyyat komissiyasının fəxri sədri seçib.

Nazarbaev isə öz növbəsində mayın 29-da Rusiya, Qırğızıstan və Belarus prezidentlərinə öz adına olan – Qazaxıstan Respublikasının İlk Prezidenti Nursultan Nazarbaev ordenini təqdim edib. Mərasim Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilib. Paytaxtın iki ay öncə, Nazarbaev istefa verəndən sonra dəyişdirilib.

Qasym-Zhomart Toqaev

Nazarbayev martın 19-da istefa verib və senatın ovaxtkı spikeri Qasym-Zhomart Toqaev ölkənin aralıq dövr prezidenti elan olunub. İyunun 9-na təyin olunmuş növbədənkənar prezident seçkisində Toqaev-in asanlıqla qalib gələcəyi gözlənir.

Ölkədə siyasi keçidi Nazarbev-in yaxından idarə etdiyi görünür. O, Təhlükəsizlik Şurasına və hakim Nur-Otan partiyasına sədrliyini saxlayıb. “Elbaşı” statusu ona tam toxunulmazlıq verir.

Tənqidçilərin fikrincə, 1991-ci ildən Qazaxıstanı idarə etmiş Nazarbaev vətəndaşların təməl hüquqlarını əllərindən alıb, narazıları susdurmaqla və demokratik proseslə manipulyasiya etməklə hakimiyyətini uzadıb.