Dağlıq ərazilərdə yağıntı gözlənir

Yağış

Mayın 31-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənir. Mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-20, gündüz 26-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Mayın 31-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təxmin edilir.