Avropa Şurasının Prezidenti Donald Tusk Orta Asiyaya səfərini davam etdirir. O, Qazaxıstanın aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev ilə görüşüb.
Toqaev deyib ki, ölkəsi “Avropa Birliyi ilə hərtərəfli və konstruktiv tərəfdaşlıq kursunu” davam etdirəcək.
Tusk Qazaxıstanın “təkcə regionda deyil, qlobal səviyyədə vacib və sabit tərəfdaş” olduğunu vurğulayıb.
Tusk bundan öncə Tacikistanda Prezident Emomali Rahmon ilə əməkdaşlığı müzakirə edib. O, səfərini Özbəkistanda başa vuracaq.
***
Avropa Şurasının Prezidenti Donald Tusk Orta Asiyaya dördgünlük səfəri çərçivəsində Tacikistana gedib. Onu mayın 29-da axşam Düşənbə beynəlxalq aeroportunda Xarici işlər naziri Sirojiddin Muhriddin qarşılayıb.
Avropa Şurasının məlumatına görə, mayın 29-dan iyunun 2-dək davam edəcək səfər zamanı Tusk Tacikistan Prezidenti Emomali Rahmon, Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev və ölkənin ilk prezidenti Nursultan Nazarbaev, Özbəkistan Prezidenti Shavkat Mirziyoev ilə görüşəcək.
Şura bildirir ki, Tusk-un səfəri “AB-nin region və ayrı-ayrı ölkələrlə daha güclü tərəfdaşlığına sadiqliyinin daha bir ifadəsidir”.
Danışıqlarda regional və ikitərəfli əməkdaşlıq, iqlim dəyişikliyi, ətraf mühitin qorunması, sərhədlərin idarə olunması müzakirə ediləcək.
İki həftə öncə Avropa Birliyi yeni Orta Asiya strategiyasını açıqlayıb.