ABŞ ANAMA-ya minaaxtaran itlər verib

Ukraynada partlayış, Luhansk regionu 22 aprel, 2019

Ukraynada partlayış, Luhansk regionu 22 aprel, 2019

Amerikanın Marşal İrsi İnstitutu Azərbaycana minaaxtaran itlər verib

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildiriblər.

Verilən məlumata görə, Amerika Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute - MLI) Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlər hədiyyə etməkdədir.

“2005-ci ildən bu günədək MLİ 31 baş minaaxtaran iti ANAMA-ya pay verib. Bu ilin 29 may tarixində əlavə 4 baş Belçika ovçarkası (Malinua) ölkəmizə gətirilib. Hazirda onlar ANAMA-nın Fizuli rayonunda yerləşən təlim mərkəzində saxlanılır.Beləliklə, agentlikdə 52 minaaxtaran it var, onlardan 38-i əməliyyatlarda iştirak edir”,- qurumdan bildirilib.

May ayınd 291 ədəd partlamamış hərbi sursat aşkarlanıb

May ayında ANAMA Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərlərində 551 min 987 kvadratmetr ərazi yoxlayıb. Ötən ay 291 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir və tank əleyhinə altı mina aşkarlanaraq zərərsizləşdirildiyi qeyd olunur.