Gürcüstana gedənlər müzakirəyə səbəb olub

Sizin brauzer HTML5-i dəstəkləmir

İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur'

«Təkcə 2018-ci ildə Azərbaycandan Gürcüstana 1.6 milyon nəfər turist gedib».

«Report» xəbər verir ki, bunu iyunun 3-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Arif Vəliməmmədov Bakıda keçirilən «Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri» mövzusunda konfransda bildirib.

«Təbii ki, biz insanları ora getməməyə məcbur edə bilmərik. Harada dincəlməyi seçmək insanların haqqıdır. Amma bu turistləri Azərbaycanda saxlamaq, eləcə də digər ölkələrdən Azərbaycana turistlər gətirmək üçün işlər görməliyik. Bunun üçün Azərbaycanda dincəlmək üçün Gürcüstandan da yaxşı şərait yaradılmalıdır. Düşünürəm ki, bunun üçün imkanlar mövcuddur. Azərbaycanla Gürcüstanın təbiəti və mətbəxi demək olar ki, eynidir. Bu səbəbdən də Azərbaycan Gürcüstana gedən turistlərin qarşısını ala və başqa ölkələrdən Azərbaycana turist cəlb edə bilər», - o qeyd edib.

Xatırlatma

Bəzi ekspertlər isə Azərbaycandan fərqli olaraq Gürcüstanda xidmətin, xüsusilə də otellərin ucuz olduğunu bildirirlər. Onların fikrincə, bu da Azərbaycanda otel biznesinin inhisarda olmasından irəli gəlir.