«Çimərlik sahələrində birgə monitorinqlər keçirilib, Xəzər dənizinin suyundan nümunələr götürülüb və bunun əsasında mikrobioloji təhlillər əldə edilib».
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.
Ə.Həsənovun deməsinə görə, monitorinqlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə keçirilib.
O, analizlərin nəticələrinə əsasən qeyd edib ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsi və Sumqayıt çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır: «Odur ki, vətəndaşların adları çəkilən bu çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil».
Ə.Həsənov əlavə edib ki, hazırda Xəzər dənizinin ölkə üzrə cənub və şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su, dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır.