Dolu ehtimalı hələ qalır

Yağış

İyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyunun 6-da Azərbaycanın rayonlarında da, əsasən, yağmursuz hava gözlənilir. Amma günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacağı təxmin edilir.