Valyuta ehtiyatları 6 faiz artıb

Dollar

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6.2 faiz artaraq 47.5 milyard ABŞ dollarına çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının bu gün, iyunun 7-də yaydığı açıqlamasında bildirilir.

Azərbaycanın valyuta ehtiyatlarına Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları daxildir.

2014-cü ildə neftin qiymətində düşüş baş verdikdən sonra Azərbaycanın valyuta ehtiyatlarında azalma müşahidə edilirdi. Amma neftin qiymətinin artması ilə paralel son illər yenidən bu sahədə artım baş verir.