Ukrayna Prezidenti Volodymyr Zelenskiy 15 vilayətin rəhbərini işdən çıxarıb. Məlumatı prezident administrasiyası rəhbərinin müavini Ruslan Ryaboshapka verib.
Bundan başqa, Zelenskiy Ali Radaya bir daha sənədlər göndərərək, Daxili İşlər və Xarici işlər nazirlərinin, eləcə də baş prokurorun istefaya göndərilməsini istəyib.
Zelenskiy Xarici işlər naziri Pavel Klimkin-i bir dəfə istefaya göndərməyə çalışsa da, Ali Rada bundan imtina edib. Zelenskiy nazir vəzifəsində 2017-ci ildən xarici işlər nazirinin müavini, Ukraynanın NATO-dakı missiyasının rəhbəri Vadim Pristayko-nu görür.
Baş prokuror Yuriy Lutsenko-nun istefasının istənməsini Ryaboshapka belə izah edib ki, “prokurorluqdakı qanuni normaların tələbinə görə, Baş prokuror hüquq təhsilli”, eləcə də hüquq sahəsində təcrübəli biri olmalıdır.
Zelenskiy Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərliyinə Ali Radanın “Batkivshina” fraksiyasından deputat olmuş Vladislav Bukharevi təyin edib. Bundan başqa, prezident SBU-nun Odessa, Lvov, Vinnits, Zakarpatye, Çernovitsk vilayətlərindəki rəislərini dəyişib. Ryaboshapka bu şəxslərin “qaçaqmalçılıqda fərqləndiyini” qeyd edib.