Toqaev and içib

Qasym-Zhomart Toqaev

Qasym-Zhomart Toqaev

Qasym-Zhomart Toqaev Qazaxıstanın yeni prezidenti kimi and içib. Beynəlxalq müşahidəçilər iyunun 9-da keçirilmiş prezident seçkisinin “irimiqyaslı seçki pozuntuları” ilə keçdiyini bildirmiş, seçki günü yüzlərlə dinc etirazçı həbs olunmuşdu.

Keçmiş avtoritar prezident Nursultan Nazarbaev tərəfindən varis seçilmiş Toqaev iyunun 12-də paytaxt Nur-Sultanda Müstəqillik Sarayında and içib.

Rəsmi nəticələrə görə, 66 yaşlı Toqaev səslərin 71 faizə yaxınını yığıb.

Martda istefa vermiş Nazarbaev prezidentlikdən getsə də bir sıra əsas vəzifələrə rəhbərliyini saxlayıb.

Qadağan olunmuş Qazaxıstanın Demokratik Seçimi (DVK) müxalifət hərəkatının lideri Mukhtar Ablyazov isə tərəfdarlarını bu gün Nur-Sultan və Almatı şəhərlərində küçələrə çıxaraq seçkinin nəticələrinə etiraz etməyə səsləyib.

Nazarbaev-in tənqidçisi olan Ablyazov Fransada mühacirətdə yaşayır.