ABŞ-ın Ukraynadakı keçmiş səfiri William Taylor parlament seçkiləri zamanı Kiyevdəki diplomatik missiyaya başçılıq edəcək. Bunu ABŞ səfirliyi iyunun 18-də bildirib.
Seçki kampaniyası dövründə və 21 iyul seçkisi zamanı 72 yaşlı Taylor müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək, bəyanatda vurğulanır.
O, diplomatik missiya rəhbərinin müavini Kristina Kvien-i əvəzləyəcək. Səfir Marie Yovanovitch mayda vəzifədən gedincə Kvien müvəqqəti işlər vəkili kimi çalışırdı.
Taylor 2006-2009-cu illərdə Ukraynada səfir olub. O, bu yaxınlaradək ABŞ-ın Sülh İnstitutunun prezidenti idi.
Taylor iyunun 18-də bildirib ki, Ukrayna Prezidenti Volodymyr Zelenskiy və komandası, eləcə də “Ukraynanın digər rəsmiləri və siyasi qüvvələri ilə” “güclü işgüzar münasibətlər” yaratmaq istəyir.