Facebook şirkəti özünün Libra adlı kriptovalyutasını yaratdığını elan edib. Bu valyutanın bitkoyna rəqib olacağı gözlənir.
The Wall Street Journal yazıb ki, valyutanın yaradılmasında Visa, Mastercard, PayPal, Uber Technologies ödəniş sistemləri, həmçinin bir sıra digər şirkətlər iştirak edəcək. Onların layihəyə 10 milyon dollara yaxın vəsait qoyacağı gözlənir.
Bundan başqa, Facebook Calibra adı filial şirkəti qeydiyyatdan keçirib. Bu şirkət kriptovalyutanın işini, “maliyyə və sosial məlumatların bölünməsini” təmin edəcək. Şirkətin bazasında rəqəmsal pul kilsəsi yaradılacaq və bu, Facebook istifadəçilərinin onlayn alış-veriş üçün ödəməsinə, bir-birinə pul göndərməsinə şərait yaradacaq.
Media dünən bitkoynun illik rekord vurduğunu yazıb. Bu valyutanın orta bazar məzənnəsi ötən ilin mayından bəri ilk dəfə olaraq 9 min 322 dollara qalxıb.