Ukrayna hökuməti ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla toqquşmalarda bir əsgərinin öldürüldüyünü, altısının yaralandığını bildirir.
İyunun 19-da münaqişənin hər iki tərəfi bir-birini atəşkəsi pozmaqda, ağır artilleriyadan atəş açmaqda suçlayıb.
2014-cü ilin aprelindən Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında separatçılarla hökumət qüvvələrinin toqquşmalarında 13 mindən çox adam həlak olub.
Minsk razılaşmaları çərçivəsində atəşkəs sazişləri nəticəsində döyüşlər səngisə də, atışmaların qarşısını tam almaq mümkün olmayıb.