Pensiyalar minimum 200 manat ola bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Sizcə, maaş, pensiya, müavinət artımları qiymət artımı ilə nə dərəcədə ayaqlaşır? (Fevral 2019)

Azərbaycan Milli Məclisinə əmək pensiyalarının minimum aylıq məbləğinin 160 manatdan 200 manata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib. Bu qanunvericilik təşəbbüsü ilə dövlət başçısı çıxış edib. Artım oktyabrın 1-dən baş verməlidir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

«Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 54 milyon manat əlavə vəsait yönəldiləcək».

Nazirlik xatırladıb ki, bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılıb: «116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi».