İyunun 22-dә Azərbaycan paytaxtı Bakının Әhmәdli qәsәbәsindә yerlәşәn kәnd tәsәrrüfatı yarmarkasında narazılıq olduğu bildirilir.
Bu barədə həmin yarmarkanın satıcıları məlumat verib.Yarmarkada əsasən meyvə-tərəvəz satılır.
Satıcıların deməsinə görə, onlara polislәr bildirib ki, yarmarka söküləcəyindən boşaldılmalıdır. Şikayətçilər hesab edirlәr, yarmarkanın sökülmәsi ilә bağlı onlara qabaqcadan xәbәrdarlıq verilməli idi: "Ailә dolandıra bilmirik. Burda bir şeylәr satıb ailәmizә 5-3 manat pul aparırıq. İndi polislәr gәlib deyirlәr ki, yarmarka sölükəcək".
Şikayətçilərin sözlәrinә görә, yarmarkada çoxsaylı şəxslər çalışır, amma obyektin sökülmәsi ilə bağlı әmri hansı qurumun verdiyi onlara bəlli deyil: "Yarmarkanın lәğvini bizә GMO olan mәhsulların (Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır ) satışına qadağa qoyulması ilә izah ediblər. Yarmarka 10 ildir fәaliyyәt göstәrir. Niyә mәhz indi GMO söhbәti yaranıb?"- deyә etiraçılar bildirdilәr.
Şikayətçilərin sözlərinə görə, bir müddәt davam edәn aksiya insidentsiz başa çatıb. Ancaq onların dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.