İnquşetiyanın rəhbəri istefa verib

Yunus-Bek Yevkurov

Rusiyanın İnquşetiya Şimali Qafqaz regionunun rəhbəri Yunus-Bek Yevkurov 11 il bu vəzifədə qalandan sonra istefa verib.

Yevkurov açıqlamanı iyunun 24-də verib. Bu arada regionda qonşu Çeçenistanla qalmaqallı sərhəd razılaşması üzündən gərginlik yaşanmaqdadır.

2018-ci ilin sentyabrında Yevkurov-la Çeçenistan lideri Ramzan Kadyrov gizli danışıqlardan sonra sərhəd razılaşması imzalayıblar. İnquşetiya fəalları isə sənədi etibarsız elan ediblər, onun Çeçenistana qanunsuz ərazi transferi nəzərdə tutduğunu iddia ediblər.

Bu sənəddən dolayı Yevkurov-un regionda populyarlığı kəskin azalıb.

İnquşetiyada sənədə qarşı keçirilən kütləvi yürüşləri polis zorakılıqla dağıdıb, onlarla adam saxlanıb, ya cərimələnib, ya da həbs olunub.

Razılaşmanın İnquşetiyadakı opponentlərinin fikrincə, inquş ərazisi ədalətsiz olaraq Çeçenistana verilir. Çeçenistan lideri Kadyrov qonşu İnquşetiya və Dağıstanın daxili işlərinə qarışmaqda ittiham olunur.